İran uranı hərbi təyinatla istifadə həddinə qədər zənginləşdirdi - 20 faiz...

img

İran Fordodakı nüvə obyektində uranı 20%-ə qədər zənginləşdirib. Bunu İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəni bildirib.

"Təxminən axşam saat 7 saat radələrində biz 20 faizlik zənginləşməyə nail olduq", - deyə Kamalvəndi "İRİNN" telekanalına açıqlamasında bildirib.

O, əlavə edib ki, zənginləşdirmə İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi üçün strateji addım planının icrası istiqamətindədir.

Qeyd edək ki, İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabi bazar ertəsi Fordodakı obyektdə nüvənin 20%-ə qədər zənginləşmə prosesinə başladığını bildirib.

Uranın 20%-dək zənginləşdirilməsi onun hərbi təyinatla istifadə oluna biləcəyi anlamına gəlir. 

Son vaxtlar İran parlamenti İranla 6 ölkə arasında imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planının icra olunmaması və İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə strateji planın icra edilməsinə qərar verib.

Xatrıladaq ki, İran nüvə sazişinə əsasən 2016-cı ildən uranın zənginləşdirilməsini məhdudlaşdırmışdı.

Son xəbərlər