Türkiyə prezidenti Ərdoğan Şimali Kiprin baş nazirini qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprin baş naziri Ersan Saneri qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə, Türkiyə prezidentinin iqamətgahında baş tutan görüşdə baş nazirlə birlikdə onun yardımçısı, İqtisadiyyat və enerji naziri Erhan Arıklı ilə Turizm və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib.
Türkiyə Enerji və təbii sərvətlər naziri Fatih Dönməz və Turizm və mədəniyyət naziri Mehmet nuri Ersoyun da qatıldığı görüş mətbuata qapalı olub və 1 saat 30 dəqiqə çəkib.
SAMİRƏ