ŞKTC Baş naziri Ersan Saner Amerika Birləşmiş Ştatlarının Türkiyəyə qarşı sanksiyalar qərarını “son dərəcə yanlış bir addım” adlandırıb.
Baki-xeber.com-un xəbərinə görə, cənab Saner Türkiyə dövlətinin Kipr Türk xalqının adadakı varlığı və onun dövlətinin suverenliyinin yeganə təminatçısı olduğunu bildirərək, Türkiyənin sahib olduğu güc və yürütdüyü doğru siyasi kursla Şərqi Aralıq dənizi və Kiprlə sülh və əminamanlığın ən önəmli parçası olduğunu vurğulayıb. “Türkiyəni özünün və bölgənin əminamanlığı üçün S-400 sistemləri almasına görə sanksiyalara məruz qoymaq son dərəcə yanlışdır” deyen Saner ABŞ-ın bir tərəfdən NATO üzvü olmayan Rumlara silah satışını sərbəst buraxdığı halda, diğər tərəfdən NATO üzvü Türkiyəyə həm “Patriot” sistemlərini satmaqdan, həm də F-35 qırıcıları layihəsi çərçivəsində verdiyi sözdən imtina etməsini ziddiyyətli hərəkət adlandırıb və yanlış seçim olduğunu deyib. Saner açıqlamasında “Amerika Birləşmiş Ştatları mümkün olduğu qədər tez bir zamanda bu yanlış yoldan dönməli və Türkiyə ilə sağlam münasibətlər qurmalıdır” – deyə bildirib.
SAMİRƏ