ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar, NATO-nun vacib bir ortağına hörmətsizlikdir. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Reuters öz mənbələrinə istinadla bildirib ki, Vaşinqton yaxın günlərdə Ankaranın Rusiya S-400-lərini alması səbəbilə Türkiyə Müdafiə Sənayesi Katibliyinə və onun rəhbəri İsmail Dəmirə qarşı məhdudiyyətlər elan edə bilər.