Çavuşoğlu: "Kimsə Türkiyənin NATO üzvlüyünü sorgulama haqqına sahib deyil"

img

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu kimsənin Türkiyənin NATO üzvlüyünü sorgulama haqqına sahib olmadığını bildirib.

Baki-xeber.com-un xəbərinə görə, İtaliya XİN və Beynəlxaılq Siyasi Çalışmalar İnstitutu (ISPI) tərəfindən bu il 6-cısı düzənlənən MED Aralıq denizi Dialoq Forumunda videobağlantı ilə iştirak edən Türkiyə XİN rəhbəri Kipr rumlarının 2003-cü ildən bəri bölgədə Kipr türklərinin haqlarını gözardı edərək, Türkiyənin etirazlarına rəğmən təktərəfli fəaliyyətə davam etdiyinə diqqət çəkib. Çavuşoğlu deyib ki, sadəcə bir neçə il öncə bölgədə zəngin karbohidrogen yataqları kəşf edildi və biz bunun hər kəs üçün işbirliyi yönündə fürsət olduğunu düşündük. Lakin bəzi dövlətlər bunun tam tərsinə hərəkət etməyə başladı. Nazir deyib ki, yunanlar və Kipr rumları Aralıq dənizi ilə ən uzun sahil zolağına malik Türkiyəni proseslərdən kənarda qoymaq istəyir, halbuki, Türkiyə kəşf edilən yataqlarda bərabər paylaşım prinsipi ilə əməkdaşlıq niyyətindədir.

Çavuşoğlunun sözlərinə görə, ötən müddət ərzində Türkiyənin Oruc Rəis seysmik gəmisi iki dəfə diplomatik danışıqlara fürsət verilməsi məqsədilə fəaliyyətini dayandırıb. Lakin Almaniya sayəsində Türkiyə Yunanıstanla danışıqlara başlayacağını açıqlamadan öncə Yunanıstan Misirlə anlaşma imzalayıb. Türkiyənin hər zaman diplomatiyaya yol açdığını, əvəzində təhdid və provokasiyalara tuş gəldiyini deyən Türkiyə XİN rəhbəri Avropa Birliyi üzvlərindən azı ikisinin bütün AB sistemini suç ortağı halına gətirdiyini də sözlərinə əlavə edib.

Çavuşoğlu sonda “Seçimimiz qətidir. Türkiyənin qapısı dialoqa sonuna qədər açıqdır. Bir çıxış yolu var – Aralıq dənizi konfransı işbirliyi üçün uyğun tərkib müəyyən etməyimizdən ötrü bir fürsətdir və biz bu fürsəti dəyərləndiririk”- deyə bildirib.

SAMİRƏ

 

 

 

Son xəbərlər