TC Parlament sədri Şentopdan Avroparlamentin Maraş və Kipr qərarına sərt təpki...

img

TBMM sədri Mustafa Şentop Avropa Parlamentinin Baş Assambleyasında qəbul edilmiş Maraş və Kiprin hüdudlanmış ərazisi ilə bağlı qərarı “Türkiyəni hədəf almaqla, bir çox hallarda olduğu kimi, yenə də Kipr Türk xalqının iradəsini görməzdən gəlmək cəhdi” kimi qiymətləndirib.

Baki-xeber.com-un xəbərinə görə, Şentop yazılı açıqlamasında Avropa Parlamentinin Baş Məclisində qəbul olunan sənədin konstruktiv gündəmə daha çox zərər verəcəyini ifadə edib. O deyib ki, konkret səhvləri, qərəzləri və haqsız iddiaları ehtiva edən bu qərarın mövcud münasibətlərə və Kipr məsələsinin qalıcı həllinə qatqı təmin etməyəcəyi aşkardır.

“Demokratiya, insan hüquqları və qanunun aliliyi kimi səmimi qəbul etdiyimiz dəyərlər üzərində qurulduğu iddia edilən Avropa Birliyinin gündəminin Yunanıstan və Kipr Rum İdarəsinin girovuna çevrilməsinin və bu iki ölkənin Kiprə qarşı barışmaz münasibətinin konstruktiv çözümə töhfə verməyəcəyi ortadadır”- deyən Şentop, Şimali Kipr Türk Cümhuriyyətinin başçı və vətəndaşlarının, keçmişin ağrılı xatirələrinə baxmayaraq, hər fürsətdə böyük bir yetkinlik göstərdiklərinə və adada qalıcı sülh və həll yollarına dəstək verdiklərinə diqqət çəkib.

"Həm Birləşmiş Millətlər Təşkilatında aparılan danışıqlar, həm də 2004-cü ildəki referendumun nəticələri bu iradənin ən bariz göstəricisidir”- deyən TBMM sədri deyib ki, bu düşmən münasibətin son nümunəsi olaraq görülən bu qərarda Avropa Parlamentinin Maraşla bağlı verdiyi qiymətləndirmələr Avropa siyasətçilərinin reallıqdan nə qədər uzaq olduqlarını və Yunanistan İdarəçiliyi tərəfindən manipulyasiyaya nə qədər açıq olduqlarını göstərdi: “Maraş üzərində suverenliyi mübahisəsiz olan KKTC rəhbərliyinin Maraşla bağlı sərəncamlarda tək söz sahibi olduğunu vurğulamaq istərdik. Bundan əlavə, bölgənin canlanması turizmin inkişafına fayda gətirəcək. Üstəlik, KKTC-nin aldığı qərarla yenidən açılan Maraşda Kiprli Rumların qanuni hüquqları da qorunacaq və bu qərar iki toplum arasında əlaqələrin inkişafı üçün bir fürsət olacaq".
O deyib ki, Türkiyə Avropa Birliyinin bir parçası olmaq niyyəti və iradəsini ortaya qoyarkən Birliyin qəbul etdiyi əsassız qərarlar bütün münasibətləri kölgədə qoydu. TBMM sədri bildirib ki, Türkiyənin və KKTC-nin suveren hüquqlarını həyata keçirmələrinin qarşısı heç bir şəkildə alına bilməz.

SAMİRƏ

Son xəbərlər