Ermənistanda əsgər valideynləri Müdafiə Nazirliyinə qarşı - övladlarımızı Azərbaycandan qaytarın

İrəvanda övladları Azərbaycanın Qarabağ bölgəsində hərbi xidmət keçən erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin önündə etiraz aksiyası keçiriblər. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Onlar sərhədlərin bağlanması və ərazilər Azərbaycanın nəzarətinə keçənə qədər övladlarının Ermənistan ərazisinə qaytarılmasını tələb edirlər.
"Bizdə olan məlumata görə, Laçın şəhəri dekabrın 1-dək təhvil verilməlidir. Ona görə də qoy bu gün bizim övladlarımızı geri qaytarsınlar. Bizdə ərazilərin təhvil verilməsindən sonra onların taleyinin döyüşlərdə iştirak edənlər kimi olmayacağına dair zəmanət yoxdur", - deyə erməni hərbçinin anası bildirib.
O qeyd edib ki, bundan sonra aksiyaları Ermənistan hökumətinin binası qarşısında etmək fikrindədirlər.