İsralin Baş naziri Binyamin Netanyahu dünən gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib. Baki-xeber.com xəbər verir ki, İsrail KİV-i Netanyahunun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşdüyünü yazıb.
"Baş nazir Netanyahu və Mossad rəhbəri Yossi Koen ötən gün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşüblər", - deyə Qaley Çaxal radiostansiyasının məlumatında bildirilir.
İsrailin Baş nazirinin mətbuat xidməti bu məlumatı şərh etməkdən imtina edib.