“Şimali Kipr torpaqlarının hər santimetrində söz haqqı Kipr türklərinindir” – Meral Akşener

Şimali Kipr torpaqlarının hər santimetrində söz haqqı və səlahiyyət Kipr türklərinə aiddir.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri İYİ Partiyanın sədri Meral Akşener deyib.
Akşener TBMM qrup toplantısındaki çıxışında Şimali Kipr Türk Cumhuriyyətinin quruluşunun 37-ci ildönümünü təbrik edərək, Maraş qərarı üçün əməyi keçən hər kəsə təşəkkür edib.
O deyib ki, İYİ Partiya olaraq, istənilən mövzuda daim qardaşlarımızın yanında olacağıq. Çünki biz inanırıq ki, o xoşbəxt gün gələcək və dünya Şimali Kiprin müstəqilliyini tanıyacaq.
Akşener çıxışının sonunda “Kipr türkdür, türk qalacaq” – deyə vurğulayıb.