24/11/2020 13:53
728 x 90

Paşinyanın tərəfdarları etirazçıları maşınla əzdi - VIDEO

img

Yerevanda davam edən etiraz aksiyası zamanı naməlum şəxs avtomobili yolu bağlayan etirazçıların üzərinə sürüb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, naməlum şəxs avtomobili əvvəlcə etirazçıların qarşısında saxlasa da sonra qəflətən hərəkət edib.

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hazırda polis sürücünün axtarışlarını həyata keçirir.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanın mərkəzi küçələrini bağlayıb. Polis 20-dən çox etirazçını saxlayıb.

Son xəbərlər