Yerevanda etiraz mitinqinə çıxan müxalifət partiyaları Bakı ilə sülh bəyanatını imzalayan Ermənistanın baş naziri Nikol Paşinyana ultimatum veriblər.
Baki-xeber.com xəbər verir ki, onlar Paşinyana könüllü istefa verməsi üçün gecəyarısınadək vaxt veriblər. Partiyalar Paşinyan gecəyarısınadək istefa verməyəcəyi təqdirdə parlamentin məsələyə müdaxilə etməsi gərəkdiyini deyiblər.
Müxalifətçilər ölkənin parlamenti və Azadlıq meydanına toplaşaraq "satqın Nikol" qışqırırlar.
Qondarma Dağlıq Qarabağ rejiminin "prezidenti" Araik Arutyunyan bütün erməni xalqını satqın adlandırıb. Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə A.Arutyunyan özünün "Facebook" səhifəsində canlı yayım zamanı deyib.
A.Arutyunyan bildirib: "Əgər kimsə satqınlığda ittiham olunmalıdırsa, o zaman bütün erməni xalqını satqınlıqla ittiham etmək olar. "Torpağı kim" satdı? Biz bunu xalqımızla birlikdə etdik, xəyanət etdik. Hamımız bir yerdə etdik".
XXX
Ermənistan parlamentinin respublikanın baş naziri Nikol Paşinyanın istefası ilə bağlı növbədənkənar iclası baş tutmayıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu parlamentin müxalifətçi deputatı Naira Zoqrabyan jurnalistlərə deyib.
Onun sözlərinə görə, parlamentin növbədənkənar iclası kvorumun təmin edilməməsi səbəbindən baş tutmayıb: "İclasa yalnız parlamentin vitse-spikeri Lena Nazaryan gəldi. Hakim fraksiyadan olan digər deputatlar iclasa qatılmadı".