İzmirdə zəlzələ zamanı bir binanın çöküşü anbaan görüntüləndi... - VİDEO

Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub. Baki-xeber.com xəbər verir ki, 6,6 bal gücündə olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.
Son məlumata görə, həlak olanların sayı 12-yə, yaralıların sayı isə 522-yə çatıb.
Zəlzələ nəticəsində bir çox yaşayış binası dağılıb. O binalardan birinin çökdüyü anın görüntüləri yayılıb.