03/12/2020 08:29
728 x 90

Pakistan Makronun İslam əleyhinə açıqlamaları ilə bağlı Fransaya nota verdi

img

Pakistan Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamaları ilə əlaqədar etiraz notası verib.

Trend-in məlumatına görə, nota Fransanın İslamabaddakı səfirinə təqdim edilib.

Pakistanın Xarici işlər naziri Şah Mahmud Qureyşi BMT-ni Parisin əməllərinə diqqət ayırmağa çağırıb.

Nazir bildirib ki, E.Makron məsuliyyətsiz açıqlamaları ilə radikalizm və dinlərarası ədavəti körükləyir:

“Heç kimin milyonlarla müsəlmanın hissləri ilə oynamaq hüququ yoxdur”.

Son xəbərlər