02/12/2020 20:11
728 x 90

Gürcüstanda silahlı soyğunçular bankda 30 nəfəri girov götürdü

img

Gürcüstanın Zuqdidi şəhərində silahlı şəxslər bankda bir neçə nəfəri girov götürüb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, soyğunçular çox sayda bank işçisini və müştəriləri girov götürüb. Gürcüstan mətbuatı bankda 30 nəfərin olduğunu bildirir.

Bankdakı girovları xilas etmək üçün polis və xüsusi təyinatlı qüvvələr cəlb edilib. Gürcüstan Daxili İşlər Nazirliyi isə televiziya kanallarını əməliyyatla bağlı yayımları dayandırmağa çağırıb.

Baş nazir Georgi Qaxariya da əməliyyatı canlı yayımlayan kanallara irad tutub. "Əməliyyat keçirilərkən bu barədə canlı olaraq danışmaq və əməliyyatı yayımlamaq doğru deyil. Əldə etdiyim məlumata görə şübhəli təkdir” - Qaxariya deyib.

Rustavi-2 televiziyası isə bankda iki şübhəlinin olduğunu, bir neçə dəfə atəş açdıqlarını bildirir: “Girovları dizlərinin üstünə çökdürüblər və yaşlı insanların bankdan çıxmasına icazə veriblər".

Son xəbərlər