Qırğızıstan Mərkəzi Seçki Komissiyası tərəfindən 7 faizlik seçki baryerini aşa bilmədiyini açıqladığı 12 partiyanın tərəfdarı, seçkinin nəticələrinin ləğv edilməsi tələbilə paytaxt Bişkekdəki Ala-Too Meydanında etiraz keçirir.
Baki-xeber.com xaici mediaya istinadən xəbər verir ki, paytaxtda polislə etirazçılar arasında toqquşmalar başlayıb.
Sayı 5 mindən çox olduğu bildirilən nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qaz və səs bombasından istifadə edir. Daş və dəyənəklərlə silahlanmış etirazçılar ələ keçirdikləri yük avtomobillərini polislərin üzərinə sürərək onları geri çəkilməyə məcbur edib, sonra isə Prezident Sarayı və parlament binasını zəbt ediblər.
Daha sonra isə etirazçıların bir qismi siyasi məhbus hesab edilən şəxslərin saxlandığı Milli Təhlükəsizlik Dövlət Komitəsinin təcridxanasına doğru yürüş etməyə başlayıb. Son məlumatlara görə, həbsxananı işğal edən etirazçılar Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi azadlığa buraxıb.
Qeyd edək ki, Qırğızıstanda parlament seçkiləri oktyabrın 4-də keçirilib.