23/10/2020 00:47
728 x 90

Prezident Ərdoğan AB komissarı ilə videogörüşdə Şərqi Aralıq dənizi mövzusunu müzakirə etdi

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinin komissiya rəhbəri Ursula von der Leyen ilə videokonfrans formatında görüşüb.

Baki-xeber.com-un xəbərinə görə, Türkiyə-Avropa Birliyi münasibətləri və regional mövzulara həsr olunmuş görüş 40 dəqiqəyə yaxın davam edib. Prezident Ərdoğan görüşdə Şərqi Aralıq dənizi məsələsinin kökündə Yunanıstan və Rum tərəfinin maksimalist iddiaları ilə Türkiyənin və Kipr Türklərinin hüquqlarının yox sayılmasına işarə vurub.

Mübahisənin çözümü üçün ilk gündən dialoq tərəfdarı olan Türkiyənin Yunanıstanla ikitərəfli görüşmələrə hazır olduğunu deyən Ərdoğan diplomatiya fürsətinin Yunanistan tərəfindən daha öncə olduğu kimi qaçırılmaması istəyində olduğunu bildirib. 

SAMİRƏ
 

Son xəbərlər