22/10/2020 13:48
728 x 90

Vaşinqtonun İrana qarşı BMT sanksiyalarının bərpası qərarı ABŞ-la Avropanı üz-üz qoydu - haqqı çatmır...

img

ABŞ hökuməti BMT-nin İrana qarşı nəzərdə tutduğu sanksiyaları bərpa edib və bunu etməyən ölkələrə qarşı tədbirlər görməyə hazırdır. Bu barədə Dövlət Departamentinin rəhbəri Mayk Pompoeo bəyan edib.

“ABŞ BMT-nin bütün üzvlərinin öz öhdəliklərinin tam həcmdə yerinə yetirəcəyini və həmin tədbirləri implementasiya edəcəyini gözləyir”, - onun bəyanatında deyilir.

Pompeonun sözlərinə görə, silah tədarükünə embarqoqoyulmasından başqa bu sanksiyalara İranda nüvə materiallarının zənginləşdirilməsi və emalının qadağası kimi tədbirlər daxildir.

Avropa diplomatiyasının başçısı Jozep Borrel isə deyib ki, ABŞ 2018-ci ildə İranın nüvə proqramı üzrə sazişdən çıxıb və beləliklə BMT-nin bu ölkəyə qarşı sanksiyaları bərpa etmək imkanına malik deyil.

Borrel söz verib ki, “bütün tərəflərin İrana dair razılığa riayət etmələrinə nail olmaq” üçün əlindən gələni edəcək.

Son xəbərlər