22/10/2020 14:12
728 x 90

ABŞ şokda - Trampa göndərilən paketdə ölümcül zəhərli maddə aşkarlandı...

img

ABŞ Prezidenti Donald Trampın adına Ağ Evə göndərilən bir paketdə ölümcül dərəcədə zəhərli olan "risin" maddəsi aşkarlanıb. Risinin zərrə qədər miqdarı belə adamı öldürmək üçün yetərlidir.

Baki-xeber.com xəbər verir ki, Amerika mətbuatı zəhərin ötən həftənin əvvəlində Ağ Evə göndərildiyi və üzərinə alıcısı kimi Trampın adının yazıldığını bildirir.

Paket Ağ Evin təhlükəsizlik heyəti tərəfindən müsadirə edilib. İçində risinin mövcudluğunun sübuta yetirilməsi üçün paketdən nümunələr götürülüb və iki test aparılıb.

Məsələ ilə bağlı Federal Təhqiqatlar Bürosu (FBI) və Prezidenti qoruyan Məxfi Servis tərəfindən istintaq başladılıb. Ağ Ev hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Ağ Evə göndərilən bütün poçtlar binadan kənarda bir bölgədə nəzarətdən keçirilir.

 

Son xəbərlər