24/10/2020 19:28
728 x 90

Rəcəb Tayyib Ərdoğan "Türkiyə Aralıq dənizində şantaj və quldurluğa icazə verməyəcək..." dedi

img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizi mövzusunda danışarkən "Türkiyənin şantaja və quldurluğa boyun əyməyəcəyini artıq aidiyyəti şəxslər anlayıb" deyə bildirib.

Baki-xeber.com-un xəbərinə görə, Ərdoğan çıxışında Şərqi Aralıq dənizində Türkiyənin və ŞKTC-nin beynəlxal hüquq çərçivəsində bütün haqlarını sonuna qədər müdafiə edəcəklərini vurğulayıb. Ərdoğan "Aralıq dənizində ən uzun sahil xəttinə sahib olan ölkəmizi kimlərinsə çimərliklərimizlə məhdudlaşdırmasına icazə verməyəcəyik. Təhdid dilinin işə yaramadığını, Türkiyənin şantaj və quldurluğa boyun əyməyəcəyini artıq hər kəs başa düşüb. Son günlərdə məsələnin həll yolu olaraq diplomatiya masasının önə çıxarılması, əlbəttə, ölkəmizin əzmkar mövqeyinin nəticəsidir" deyə vurğulayıb. Əvvəldən bu məsələdə problemin dialoq, müzakirə, qonşuluq hüququ çərçivəsində həll olunması gərəkdiyini istədiklərini deyən Ərdoğan bildirib ki, “Qarşı tərəfin təxribatlarına və uşaqsayağı davranışlarına baxmayaraq, həmişə haqlı olmağın və böyük bir dövlət olmağın ləyaqəti ilə hərəkət etdik. Müddətin bu səviyyəyə gəlməsində Türkiyənin həssas, soyuqqanlı, lakin bir o qədər də dönməz mövqeyinin önəmli rolu var. Bundan sonra da tələb olunan yetkinliyi göstərməyə davam edəcəyik. Ölkəmizlə yanaşı bölgəmizdə də sülh, əminamanlıq və sabitlik üçün çalışmağa davam edəcəyik".

SAMİRƏ

Son xəbərlər