19/09/2020 07:12
728 x 90

Ermənistanın sabiq baş qərargah rəisinə Aprel döyüşləri ilə bağlı da cinayət işi açıla bilər...

img

Ermənistanda silahlı qüvvələrin sabiq baş qərargah rəisi Yuri Xaçaturova qarşı 2016-cı il Aprel döyüşləri ilə əlaqədar cinayət işi açıla bilər. Trend-in məlumatına görə, bu barədə “Qraparak” qəzeti yazıb.

Qeyd olunur ki, parlamentdə yaradılmış Aprel döyüşlərinin araşdırılması üzrə komissiya yaxın zamanlarda araşdırmanın yekunları üzrə rəyini açıqlayacaq.

Xatırladaq ki, 2018-ci ildə Y.Xaçaturov 2008-ci il prezident seçkilərinin saxtalaşdırılmasına etirazlar zamanı baş verrmiş iğtişaşlarda ittiham olunaraq saxlanmışdı.

Son xəbərlər