Bazar ertəsi günü, 09 noyabr 2026
     

Türkiyə Xarici işlər naziri Yunanıstana “ön şərt olmadan diplomatiya” çağırışı etdi

Image


Yunanıstanın “Kathimerini” qəzetində Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun məqaləsi dərc olunub. “Şərqi Aralıq dənizində prioritetimiz ön şərt olmadan diplomatiyadır” adlı məqalənin tərcümə versiyasını təqdim edirik:

Aralıq dənizi hər zaman sivilizasiyanın beşiyi, mədəni və iqtisadi baxımından qarşılıqlı təsir hövzəsi olmuşdur. Bu coğrafiyada hamımızın keçmişi, bu günü və gələcəyi ayrılmaz şəkildə bir-birinə bağlıdır. Türkiyə vəYunanıstan hər zaman yalnız iki seçim qarşısında qalmışlar: hər iki tərəfə də zərər verə biləcək şəkildə bir-birimizlə mübahisə etmək və ya qələbə qazanma düsturunu tapmaq.

“Daimi qonşu” məntiqi təbii olaraq qonşuların bir-birinin hüquqlarına qarşılıqlı hörmət etməsini tələb edir. Bu günlərdə qarşılaşdıqlarımız nəzərə alındıqda, təəssüf ki, Türkiyədən baxdıqda vəziyyət belə görünmür.

Qeyd etdiyim qarşılıqlı hörmət bütün mövcud problemləri və ya həll olunmamış münaqişələri sülh və dialoq yolu ilə həll etməyə yönəlmiş məsuliyyət hissi formasında özünü göstərməlidir. Bu düşüncə ilə qonşular vəziyyəti gərginləşdirmək deyil, xoş niyyətli və mübahisələri həqiqətən həll etmək məqsədilə birbaşa diplomatiya və dialoq axtarışında olmalıdırlar.

Son zamanlarda Fransa kimi bəzi hökumətlər müstəmləkəçi keçmişlərindən ilham alan təhlükəli mövqe nümayiş etdirirlər. Müstəmləkəçilik dövrünün bir çox xalqlara böyük əzabdan başqa bir şey gətirmədiyini həqiqətən bu qədər tezmi unutduq?

Böyük paytaxt şəhərlərindən əfəndilərin öz iradələrini ətraflarındakı bölgələrə məcburi şəkildə qəbul etdirdiyi davranış tərzlərinin məqbul hesab edildiyi günlər keçmişdə qalıb. Cənab Prezidentimiz daha ədalətli beynəlxalq nizamın qurulması məqsədilə “Dünyanın Beşdən Böyük” olduğunu müdafiə edir. Eleftherios Venizelos tərəfindən Nobel Sülh Mükafatına namizədliyi irəli sürülən Mustafa Kamal Atatürkün “Yurdda sülh, dünyada sülh” sözləri ilə müəyyən etdiyi hədəfə xidmət edəcək şəkildə hakim olmasını arzu etdiyimiz dəyərlərin və bunları həyata keçirmək üçün sərgilədiyimiz yorulmazlıq və yaradıcılığı xüsusi qeyd etmək məqsədilə xarici siyasətimizi “Təşəbbüskar və Humanitar” olaraq xarakterizə etdik. Bu səbəbdən də qarşılıqlı hörmət və problemlərin ədalətli həll yollarının tapılması prinsiplərini xüsusi qeyd edirik.

Buna görə də əsasən Türkiyə ilə Yunanıstan arasında hazırda mövcud olan ikitərəfli mexanizmləri yenidən canlandırmaq məqsədilə NATO-nun ayırma və Almaniyanın gərginliyi azaltma təşəbbüslərini dəstəkləyirik. Afinanın bunların iki fərqli şey olduğunu başa düşəcəyinə ümid edirik. Türkiyə, iki qonşu arasında birbaşa həll edilməli olan məsələlərdə digər tərəflərlə müzakirə aparmaq və razılığa gəlmək istəməyəcək qədər Yunanıstana hörmət edir.

Şərqi Aralıq dənizindəki əsas hədəflərimiz aydındır:

-dəniz sərhədlərinin ədalətli və hüquqi əsaslarla müəyyənləşdirilməsi;

-şelf hüquqlarımızın maksimalist və ifrat dərəcədə dəniz sərhədi iddialarından qorunması;

-ədalətli gəlir bölgüsü mexanizminin yaradılması ilə Kipr Türklərinin Adanın açıq dənizdəki təbii sərvətləri üzərindəki bərabər hüquqlarının qorunması;

-Kipr Türkləri də daxil olmaqla bütün tərəflərin iştirakı ilə həqiqi, əhatəli, ədalətli və hüquqa əsaslanan açıq dəniz enerji əməkdaşlığı mexanizmlərinin (bu konteksdəki təkliflər hələ də müzakirə masasındadır) Şərqi Aralıq dənizində yaradılması.

Dəniz sərhədlərinin müəyyənləşdirilməsində heç bir səlahiyyətə sahib olmayan Avropa İttifaqı vasitəsilə Türkiyəyə bir sıra maksimalist iddialar qəbul etdirilə bilməz. Türkiyədən yalnız 2 kilometr, Yunan quru ərazisindən 580 kilometr uzaqda olan Meis (əvvəlki adı ilə Kastellorizo) ​​kimi kiçik bir ada üçün 40 min kvadrat kilometr şelf iddiası irəli sürərək Türkiyənin açıq dənizlərə və özünə aid dəniz səlahiyyətli sahələrinə çıxışının qarşısını ala bilməzsiniz. Heç bir qanun, məntiq və ya ədalət hissi bu məsələdə əks arqumentin irəli sürülməsinə imkan verməz.

Bundan əlavə, bölgənin ən uzun sahil zolağı, artan əhalisi, istehsal gücü və  enerji tələbatı olan Türkiyə kimi bir ölkəni öz ətafındakı zənginliklərdən məhrum etmə təşəbbüsləri də real deyil. Bundan əvvəl də dəfələrlə qeyd etdiyimiz kimi - bu olmayacaq.

Buna görə də Türkiyə təbii olaraq onun əsas mənafelərinə zərər vurma cəhdlərinə yol verməməkdə qətiyyət nümayiş etdirir. Bölgədəki hərbi dəniz qüvvələrimizi hücum məqsədli deyil, öz şelfimizdəki (bu, hələ 16 il əvvəl beynəlxalq hüquq normalarına uyğun olaraq elan edilmişdi!) seysmik tədqiqat fəaliyyətlərimizə müdaxiləyə qarşı özümüzü müdafiə etmək üçün saxlayırıq.

Əsasən, dialoq və danışıqlar beynəlxalq hüquqda dəniz sərhəd məsələlərini həll etmək üçün prioritet və ilkin vasitədir. Beləliklə, Yunanıstanın Türkiyə ilə bütün dialoq kanallarını heç bir ön şərt irəli sürmədən yenidən canlandırmasını gözləyirik. Ön şərtlər əks-ön şərtləri yaradır (inanın ki, biz də öz mənafeyimizə uyğun çox sayıda ön şərtlər irəli sürə bilərik) və buna görə də iki qonşu arasında müzakirə imkanı axtarmaq üçün məqbul yol deyil.

Hər böhran eyni zamanda fürsət yarada bilər və biz sülh yolu ilə irəliləmək üçün bunu dəyərləndirməliyik. Aydındır ki, hər hansı bir müzakirə prosesi qarşılıqlı mübadiləyə yol açır. Digər bir variant isə problemleri ört-basdır etmək və aradan qalxmasına və ya başqalarının bunları sizin yerinizə həll etməsinə ümid etməkdir. Bununla birlikdə, problemlər zaman keçdikcə nəinki öz-özünə yox olur, əksinə, daha da mürəkkəbləşməyə meyllənir. Gələcək nəsillərə sülh və təhlükəsizliyi miras qoymaq üçün güclü, təsirli və rasional liderliyə ehtiyac duyuruq. Bu, Türkiyə tərəfində mövcuddur. Bu gün gördüyümüz işlər yalnız bugünü deyil, sabahı da müəyyənləşdirəcək. Sizlər də çox yaxşı bilirsiniz ki, Türkiyə Yunanıstanın prioritet hesab edəcəyi yolla irəliləyə bilər. Əslində hansı yoldan gedəcəyimizə dair seçim nə Türkiyənin, nə Fransanın, nə də başqalarının deyil, Yunanıstanın hörmətli liderlərinin və xalqınındır.

SAMİRƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ