22/09/2020 12:39
728 x 90

Çavuşoğlu: "Gedəcəyimiz yolda seçim yunan liderlerinindir"

img

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu  Ağ dənizdə Yunanistana ön şərtsiz dialoq çağırışı edib.

Baki-xeber.com-un Şimali Kipr Türk Cumhuriyyətindən aldığı bilgiyə görə, Çavuşoğlu deyib ki, əslində hansı yoldan gedəcəyiniz sizin seçiminizə bağlıdı:”Seçim nə türkiyənin, nə Fransanın, nə də bir başqasının deyil. Yunanıstan dövlətinin və xalğınındır”.

Yunan qəzeti "Kathimerini"də məqalələrlə çıxış edən Çavuşoğlu eyni zamanda Yunan həmkarı Nikos Dendiasla iki ölkə arasında "məqalə diplomatiyasını" başladıb. "Şərqi Ağ dənizdə öncəliyimiz ön şərtlərsiz diplomatiyadır” başlıqlı yazısında Çavuşoğlu qeyd edib ki, Ağ dəniz hər zaman mədəniyyətin beşiyi, mədəni və iqtisadi əlaqələrin məkanı olub. "Bu coğrafyada keçmişimiz, bugünümüz ve gələcəyimiz ayrılmaz bir şəkildə birləşir. Türkiyə və Yunanıstanın hər zaman yalnız iki seçimi olub _ iki tərəfə də zərər verəcək şəkildə bir-birimizlə çəkişməyə girmək, ya da hər iki tərəfə qazandıracaq formulu tapmaq”- deyən Çavuşoğlu Türkiyənin buradakı hədəflərininbəlli olduğunu bildirib.
O deyib ki, Türkiyə dəniz ərazilərinin təyinatı məsələsində heç bir yetkisi olmayan Avropa Birliyinin araçılığı ilə maksimalist iddiaları qəbul etməyəcək.
Dialoq ve müzakirələrin həqiqətən beynəlxalq hüquqda dəniz sərhədlərinin dəqiqləşdirilməsi üçün ən önəmli vasitə olduğunu bildirən Çavuşoğlu "Bu səbəbdən,  Yunanıstanın Türkiyə ilə bütün dialoq kanallarını ön şərt olmadan yeniden canlandırmasını gözləyirik. Ön şərtlər qarşı tərəfdə də ön şərtlər doğurur, o üzdən bunlar iki qonşu arasında müzakirə fürsəti əldə etmək üçün heç də yaxşı seçim deyil”- deyə bildirib.

SAMİRƏ

Son xəbərlər