20/09/2020 18:41
728 x 90

Türkiyə ABŞ-ı Kiprlə bağlı neytral mövqeyə qayıtmağa çağırdı

img

Vaşinqton və Nikosiya arasında təlim mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması sülh və sabitliyə xidmət etməyəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Anlaşma Memorandumu Şərqi Aralıq dənizində sülh və sabitliyə xidmət etməyəcək və Kipr probleminin həllinə ziyan vuracaq", - deyə Türkiyə XİN-in nümayəndəsi Hami Aksoy bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bu yaxınlarda atdığı addımlar, xüsusilə Kiprə silah tədarükünə qoyulmuş embarqonun ləğvi və Yunanıstan tərəfinin hərbi hazırlıq proqramına daxil edilməsi Şərqi Aralıq dənizində gərginliyi artırıb.

"Biz ABŞ-ı neytrallıq siyasətinə qayıtmağa və Kipr məsələsinin həllinə yönəlmiş səylərə öz töhfəsini verməyə dəvət edirik", - deyə nazirliyin bəyanatında bildirilir.

Son xəbərlər