20/09/2020 18:03
728 x 90

İran şokda… ABŞ sanksiyaları ölkəni çökdürür - neft gəlirləri 120 milyarddan 20 milyarda düşdü

img

Son 8 ildə İranın neft gəlirləri 120 milyard dollardan 20 milyard dollara düşüb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın iqtisadi vəziyyətini dəyənləndirən Prezident Həsən Ruhani deyib.

"Dünya tarixində nadir görülən miqyasda iqtisadi sanksiyalarla üz-üzəyik. 2011-ci ildə neft gəlirlərimiz 120 milyard dollar idi və bu rəqəm keçən il təxminən 20 milyard dollara düşdü. Bu, ölkə əhalisinin nə qədər ağır vəziyyətdə olduğunu göstərir" - İranın rəsmi xəbər agentliyi İRNA bildirir ki, Ruhani deyib.

Yerli istehsala üstünlük verilməsinin lazım olduğunu deyən Ruhani, dünya ölkələri ilə əlaqələr olmadan həyatın son dərəcə çətin olduğunu qeyd edib.

ABŞ Prezidenti Donald Tramp 8 may 2018-ci ildə nüvə anlaşmasından çıxdığını açıqlayıb və İranın ABŞ dollarına çıxışını, ölkənin qeyri-neft ixrac gəlirlərinin ən əhəmiyyətli mənbəyi hesab edilən qızıl, qiymətli metallar, alüminium, polad, sərnişin təyyarələri və ya hissələrini idxal etməsini əngəllədiyini açıqlayıb. Sanksiya paketi 3 ay sonra rəsmən qüvvəyə minib.

ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi, 180 günlük müddətdən sonra 5 noyabr 2018-ci ildə qüvvəyə minib. Bu dəfə İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər gətirilməklə yanaşı, iqtisadiyyatı böyük ölçüdə neftdən asılı olan ölkədən neft və neft məhsullarının satışına da sanksiyalar tətbiq edilib.

Son xəbərlər