Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın və Suriyanın şimalında həyata keçirilən uğurlu əməliyyatlarla bağlı məlumat verib.
Baki-xeber.com-un xəbərinə görə, "İraqın və Suriyanın şimalında keçirilən uğurlu əməliyyatlarda son 24 saatda 21 PKK/YPG-li terrorçu zərərsizləşdirilib. Ümumilikdə, 10 gün ərzində 118 PKK/YPG yaraqlısı məhv edilib", - deyə nazirliyin məlumatında bildirilir.
Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında və Suriya ərazisində antiterror əməliyyatlarını davam etdirir.