20/09/2020 11:52
728 x 90

ABŞ tankları Belarus sərhədində... Böhran yaşanan ölkədə ehtiyatda olan hərbçilərin orduya çağırılmasına başlandı

img

ABŞ NATO ölkəsi Litvaya yüzlərlə əsgər göndərməyə başlayıb. Əsgərlər, seçkilərdən sonra gərginliyin artdığı Belarus sərhədi yaxınlığında keçiriləcək təlimlərdə iştirak edəcək .

Baki-xeber.com xəbər verir ki, Fransanın AFP agentliyi iki gün əvvəl Abrams tanklarının Polşa sərhədini keçərək Litvaya daxil olduğunu yazıb.

Litva Müdafiə Nazirliyindən verilən məlumata görə, ABŞ qüvvələri noyabr ayına qədər ölkədə qalacaq. Təlimin “əvvəlcədən planlaşdırıldığı və bölgədəki son hadisələrlə əlaqəli olmadığı" bildirilir.

Bu arada, Belarusda ehtiyatda olan hərbçilərin yenidən hərbi xidmətə çağırılmasına başlanılıb. Müdafiə Nazirliyi bildirir ki, iki artilleriya bazası və tank qoşunlarının bir bazası yüksək hazırlıq vəziyyətinə gətirilib. Ehtiyatda olan hərbçilər komanda-qərargah təlimlərinə cəlb olunacaqlar. Bu təlimlərin nə qədər çəkəcəyi açıqlanmır.

Təlimlər Belarus Silahlı Qüvvələrinin hərbi hazırlığının yoxlanılması çərçivəsində baş tutacaq.

Litvanın, 1994-cü ildən bəri ölkəni idarə edən Aleksandr Lukaşenkonun 9 avqust seçkilərində qalib gəldiyi Belarusda yaşanan böhranda rolunun olduğu bildirilir. Məşhur müxalifət namizədi, seçkilərdə hazırkı lider Lukaşenkonun rəqibi olan Svetlana Tihanovskaya da Litvaya sığınıb.

Bundan əvvəl Lukaşenko NATO-nu Polşa və Litvadakı qüvvələrini Belarus sərhədinə yığmaqda günahlandırmışdı. Lukaşenko iddia edir ki, ölkədə baş verənlərin arxasında Qərb dayanır.

Qeyd edək ki, Belarusda üç həftədən artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. 

Son xəbərlər