23/09/2020 00:33
728 x 90

“New York Times” Trampın NATO planını açdı - ABŞ 71 illik alyansı tərk edə bilər...

img

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək prezident seçkilərində qalib gəlsə ölkəsini NATO-dan çıxaracaqmı? Amerikanın New York Times qəzetinin yazdığına görə, bu ehtimal çox yüksəkdir.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp, illərdir kameralar qarşısında NATO-nu, xüsusən də müdafiə xərcləri mövzusunda tənqid edir və qapalı görüşlərdə isə bir az da irəli gedərək "üzvlükdən çıxmalıyıq" dediyi iddia edilir.

“New York Times” Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə NATO-dan çıxmaq üçün düyməyə basa biləcəyini iddia edir.

Qəzet Trampın yaxın ətrafına və əvvəllər onunla işləyən mənbələrə istinadən yazır ki, Tramp illərlə bağlı qapılar arxasında ifadə etdiyi bu niyyətini, mümkün seçki qələbəsindən sonra həyata keçirə bilər.

Amerika Prezidenti son olaraq ölkəsinin NATO-dan çıxması ilə bağlı məsələni 2018-ci ildə NATO sammitində dilə gətirib. Onun seçkilərin yaxınlaşmasına baxmayaraq, bu məsələni hələ də gündəmdən çıxarmadığına dair iddialar səslənir.

Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə keçmiş məsləhətçisi Con Bolton bu yaxınlarda çap edilmiş kitabında prezidentin ABŞ-ı 71 illik ittifaqdan çıxarmaq məsələsini dəfələrlə dilə gətirdiyini yazıb. Bolton keçən ay İspaniya mətbuatına verdiyi müsahibədə isə Trampın oktyabr ayında “sürpriz” edə biləcəyini və ölkəni noyabr seçkilərindən əvvəl NATO-dan çıxacağına dair vəd verə biləcəyini söyləyib.

Bu iddianı dəstəkləyən başqa bir açıqlama Trampın dövründə Ağ Ev heyətinin rəhbəri vəzifəsində çalışmış Con Kellidən gəlib. “New York Times”a danışan Kelli, vəzifəsində olduğu müddətdə ən çətin şeyin Prezident Trampı NATO-dan çıxmaq qərarından çəkindirmək olduğunu söyləyib.

Son xəbərlər