20/09/2020 17:09
728 x 90

Diyarbəkirli anaların şərəfli dirənişindən 1 il ötür…

Analar PKK-dan övladlarını istəyir…

img

Diyarbəkirli anaların dağa qaçırılan övladlarına qovuşmaq ümidiylə oturaq aksiyaya başlamasından 1 il ötür.

Baki-xeber.com-un xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” hesabından bu münasibətlə paylaşım edib.

“Diyarbəkirli analar bir ildir övladlarının yolunu gözləyirlər. Bu müddət ərzində 15 gəncimizi xain terror təşkilatı PKK-dan xilas etdik. Allahın izni ilə dövlətimiz bundan sonra da analarımızı övladlarına qovuşdurmaq üçün çalışacaq, dünyanı PKK-ya və havadarlarına dar edəcək”, - deyə F.Altun bildirib.

Qeyd edək ki, oğlu PKK tərəfindən qaçırılan Hacire Akarın 2019-cu ilin avqust ayının 22-də HDP-nin Diyarbəkir təşkilatının qarşısında oturaq aksiyaya başlamasının ardından digər ailələr də övladlarına qovuşmaq ümidi ilə 2019-cu ilin sentyabr ayının 3-də aksiyaya qoşulub.

Övladlarını terror təşkilatından xilas etmək üçün mübarizəyə qoşulan ailələrin sayı 151-ə çatıb.

Türkiyənin qətiyyətli və terrorizmlə güclü mübarizə siyasəti sayəsində aksiyaya qoşulan ailələrdən 15-i övladlarına qovuşdurulub.

PKK terror təşkilatına qarşı 2020-ci ildə 67985, 2016-cı ildən bu yana isə ümumilikdə 394535 əməliyyat keçirilib.

Terror təşkilatına 2016-cı ildə 703, 2019-cu ildə 130, bu il isə 30 nəfər qoşulub.

Keçən ilin ilk 6 ayında PKK-ya qoşulanların sayı 65 olsa da, bu ilin eyni dövründə bu say 21-ə düşüb.

Son 5 ildə 8650 PKK terrorçusu zərəsizləşdirilib.

 

Son xəbərlər