Yeni bir növ koronavirusa (COVİD-19) tutulan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun süni tənəffüs aparatına qoşulduğu və vəziyyətinin ağır olduğu açıqlandı.
Baki-xeber.com xəbər verir ki, bu barədə RBK Ukraina agentliyi məlumat yayıb.
Agentlik mənbələrə istinadən müxalif Batkivşina Partiyasının lideri Timoşenkonun süni tənəffüs aparatına bağlı olduğunu yazıb.
Qeyd edək ki, ötən həftə, qızı və kürəkəni ilə birlikdə test nəticələri pozitiv çıxan Timoşenkonun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi açıqlanmışdı.