Koronavirusdan ölüm sayısının 180 min, yoluxmaların isə 5 milyon 800 minə yüksəldiyi ABŞ-da peyvənd araşdırmaları davam etdiyi bir vaxtda ABŞ prezidenti Donald Trampdan ilginc bir açıqlama gəlib.
Baki-xeber.com xəbər verir ki, Tramp sosial mediada, peyvəndin hazır olma tarixinin gecikməsinin arxasında dərin dövlət olduğunu iddia edib.
"Dərin dövlət və ya kimsə dərman şirkətlərinin peyvənd və müalicəni insanlar üzərində sınamasını çətinləşdirir" – deyən Tramp Twitterdə daha sonra yazır "Açıq görünür ki, onlar peyvəndi 3 noyabrdan sonraya təxirə salmağa çalışırlar. Sürətlə hərəkət etməliyik və həyat qurtarmalıyıq".