ABŞ İranla Cənubi Koreyanı üz-üzə qoydu –Tehran Seul banklarında dondurulan 80 milyard neft pulunu geri ala bimir

“İran müxtəlif dövlətlərin banklarında dondurulan pul vəsaitlərinin geri qaytarılması istiqamətində müxtəlif addımlar atır”. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
O bildirib ki, neft satışından əldə edilən pullar Amerika sanksiyaları nəticəsində İrana qaytarılmır. Lakin rəsmi Tehran İran xalqına məxsus olan bu pulları ölkəyə qaytarmaq əzmindədir. Nazir bildirib ki, bəzi xarici ölkələrin banklarındakı pulların əvəzinə İrana lazım olan mallar alınacaq.
Qeyd edək ki, İranın Cənubi Koreya bankında 80 milyarda yaxın pul vəsaiti var. Lakin İran bu pulları geri ala bilmir. Rəsmi Seul bəyan edib ki, pullar yalnız ABŞ-ın razılığı ilə qaytarıla bilər. İran isə Koreyanı məhkəmə ilə hədələyir. Nazir bildirib ki, Cənubi Koreya pulları qaytarmasa, İran kimi bazarı itirə bilər və əməkdaşlıq əlaqələrinə son qoyular.
Rəsmi Seul ölkə banklarında İrana məxsus pulların olduğunu etiraf edir. Lakin sanksiyalara görə hələlik pulları qaytarmağa tələsmir.