18/09/2020 20:55
728 x 90

Putin 60% - ə qədər əhalinin qripə qarşı peyvənd olunmasına göstəriş verdi

img

Rusiya prezidenti Vladimir Putin hökumətə əhalinin 60%-nin qripə qarşı peyvənd olunmasının maliyyələşdirilməsini təmin etməyi tapşırıb. Eyni zamanda, risq qrupunda olanların 75% - ə qədərinin peyvənd olunmasını tələb edib.

Baki-xeber.com-un xəbərinə görə, göstərişlər Kremlin saytında dərc olunub.

Rusiya prezidenti, həmçinin, növbəsiz dispanserizasiya və qripdən pulsuz peyvəndin aparılmasını da tapşırıb. Bundan başqa, Putinin göstərişləri sırasında tibbi müayinələrə və peyvəndlərə onlayn yazılmaq imkanını təmin etmək, zəruri hallarda insanların peyvənd yerinə çatdırılmasını təşkil etmək də yer alıb.

Daha əvvəl səhiyyə naziri Mixail Muraşko bildirib ki, N.F.Qamaley adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış vaksin əvvəlcə tibb işçiləri və müəllimlərə tətbiq olunacaq. Bütün rusiyalılar üçün isə vaksin oktyabr ayında əlçatan olacaq.

Vaksin, həmçinin, “Vektor” Virusologiya və Biotexnologiya Dövlət Mərkəzi tərəfindən hazırlanır. Burada isə vaksinin noyabr ayından istehsalına başlanması planlaşdırılır.

Son xəbərlər