18/09/2020 21:01
728 x 90

Rinqə qondarma rejimin “bayrağı” ilə çıxan erməni idmançı cəzalandırıldı

img

Qarışıq döyüş növləri üzrə UFC yarışında ABŞ-ın Las-Veqas şəhərində keçirilən döyüş zamanı rinqə işğal altındakı Dağlıq Qarabağda yaradılan qondarma rejimin “bayrağı” ilə çıxan erməni idmançı Edmen Şahbazyan cərimələnib. “Trend”in erməni KİV-inə istinadən məlumatına görə, bunu E.Şahbazyanın məşqçisi və meneceri Edmond Tarverdyan deyib.

O bildirib ki, daxil olan şikayətlərdən sonra UFC rəhbərliyi idmançını cərimələyib. Bundan başqa, E.Şahbazyanın rinqə çıxmasını yoxlamalı olan əməkdaş işdən çıxarılıb.

Qeyd edək ki, E.Şahbazyan həmin döyüşdə Derek Bransona məğlub olmuşdu.

Bayraq məsələsi ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.

Son xəbərlər