22/09/2020 10:54
728 x 90

Ermənistan Livan partlayışını Rusiya vətəndaşına bağladı…

img

Erməni mətbuatının xəbərinə görə, Beyrutda baş verən dəhşətli partlayışın ardından yunan Kiprinin Təhlükəsizlik xidməti İqor Qreçuşkin adlı şəxsin axtarışlarına başlayıb.

“Proto tema” yunan nəşrinin xəbərinə istinad edən erməni mətbuatı yazır ki, 2014-cü ildə Livan hökuməti rusiyalı İ.Qreçuşkinin gəmisini həbs edib və gəmidəki 2750 ton ammiak-selitranı müsadirə edib. Beyrutdakı dəhşətli partlayışın o zamandan şəhər limanında saxlanan həmin kimyəvi maddə üzündən baş verdiyini yazan sayt hazırda Kipr Təhlükəsizlik xidmətinin rusiyalı biznesmeni əsas günahkar qismində gördüyünü və onun Kipr hüdudlarında olduğunu ehtimal etdiyini yazır.

Erməni nəşrinin xəbərinə inansaq, Kiprin Təhlükəsizlik orqanları ilə də bağlı ortaya maraqlı suallar çıxır. Baxın, iş adamı olduğu deyilən şəxs gəmisi ilə gəldiyi limanda hansı səbəbdənsə saxlanır və daşıdığı yük müsadirə olunur, üstündən 6 il (!) keçəndən sonra həmin yükün ucbatından olduğu deyilən partlayış baş verir və insanlar ölür. Bu halda o yükün sahibi nə dərəcədə günahkar sayıla bilər? Əsl günahkar o yükü zərərsizləşdirmədən illərlə limanın anbarında saxlayan şəxs və ya şəxslər deyilmi?

Xatırladaq ki, avqustun 4-də axşam saatlarında Beyrut limanında güclü partlayış baş verib. Nəticədə 137 nəfər həlak olub, 5 min nəfərə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

SAMİRƏ

Son xəbərlər