19/09/2020 22:43
728 x 90

Dünyada koronavirusa yoluxanların sayı 19 milyonu keçdi

img

Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçib. “Trendin məlumatına görə, son bir neçə saat ərzində Banqladeşdə 2 977, İndoneziyada 1 882, Filippində 3 561 yoluxma qeydə alınıb.

Ümumilikdə, bugünədək dünyada virusa yoluxanların sayı 19 000 415 nəfərə çatıb. Yoluxma sayına ABŞ liderlik edir. Bu ölkədə 4,9 milyondan çox şəxs koronavirusa yoluxub. Braziliya 2,8 milyondan çox yoluxma ilə ikinci, Hindistan 1,9 milyondan çox yoluxma ilə üçüncü yerdədir.

Bugünədək 711 617 nəfər koronavirusun qurbanı olub, 12 188 295 nəfər sağalıb.

Son xəbərlər