23/09/2020 06:22
728 x 90

Tramp Beyrutdakı partlayışın hücum olduğunu deyir - "Generallarımız da belə hesab edirlər"

img

ABŞ Prezidenti Donald Tramp Livanda baş vermiş partlayışı "hücum" adlandırıb, baxmayaraq ki, partlayışın əsas versiyası terror aktı yox, Beyrut limanında partlayıcı maddələrin təsadüfən partlamasıdır.

Tramp bu barədə mətbuat konfransında bildirib. "Görünür, bu dəhşətli bir hücum idi", - Tramp deyib.

"Beyrutdakı böyük partlayışda bir çox insan həlak olub, yüzlərlə insan ağır yaralanıb. Biz qurbanlar üçün dua edirik. ABŞ Livana kömək etməyə hazırdır", - o əlavə edib.

Mətbuat konfransında Trampdan partlayışın həqiqətən də hücum olduğuna inanmasına dair soruşublar.

Tramp izah edib ki, amerikalı generallarla görüşüb və onlar Beyrutdakı partlayışı hücum hesab edirlər.

"Bəli, partlayışın xarakterinə əsaslanaraq bunun hücum olduğu görünür. Mən bizim bəzi yaxşı generallarımızla görüşmüşəm, görünür, onlar da belə hesab edirlər. Bu hansısa istehsal partlayışı deyil", - Tramp bildirib.

"Onlar bunun hücum, bomba olduğunu düşünürlər", - o əlavə edib.

Çərşənbə axşamı Beyrut limanı ərazisində güclü partlayış baş verib. Şəhər qubernatorunun məlumatına görə, binaların yarısı xəsarət alıb, xəstəxanalar isə çox sayda yaralılara görə dolub. Son məlumatlara görə, 4 mindən çox insan xəsarət alıb, 100 nəfər həlak olub.

Livanın Baş naziri Hassan Diyab Ali Müdafiə Şurasının iclasında bildirib ki, partlayışa səbəb limanda altı il ərzində 2750 ton ammonyak selitrasınin lazımı qaydada saxlanılmaması olub. Livan hökuməti faciə qurbanlarını yad etmək üçün üç günlük matəm elan edib.

Son xəbərlər