20/09/2020 04:42
728 x 90

Beyrutdakı dəhşətli partlayışda ölənlərin sayı 100-ü keçdi, 4 minə yaxın yaralı var

img

Livanın paytaxtı Beyrutda liman yaxınlığında baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayı artıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, 4 minə yaxın insanın xəsarət aldığı partlayışda ölənlərin sayının 100-ü keçib.

Hadisədən sonra bütün ölkədə matəm elan edilib, Beyrutda isə 2 həftəlik fövqəladə vəziyyət elan olunub.

Qeyd edək ki, ilk olaraq Livan rəsmi agentliyi LNA Beyrut limanında partlayıcı maddə olan 12-ci anbarda yanğın baş verdiyini yazıb. Yanğın nəticəsində güclü partlayış baş verib. Partlayışın səsi paytaxtdan kənarda da eşidilib.

Livan Polis İdarəsinin rəisi bildirib ki, hadisə əvvəllər müsadirə olunmuş partlayıcı maddələrin saxlandığı anbarda baş verib.

Partlayışın təsiri ilə yaxınlıqda olan 3 mərtəbəli bir bina uçub. Limandan bir neçə kilometr aralıda da binaların şüşələri qırılıb, ciddi ziyan dəyib.

Qazaxıstanın Beyrutdakı səfirliyi partlayış nəticəsində səfir Yerjan Kalekenovun xəsarət aldığını və səfirliyin binasına ciddi ziyan dəydiyini açıqlayıb.

Göz yaşlarına hakim ola bilməyən Beyrut valisi Mervan Abbud limanda baş verən partlayışı Xerosima və Naqasaki ilə müqayisə edib.

Livan Hizbullahı, paytaxt Beyrutdakı partlayışın mənbəyinin İsrail tərəfindən onlara aid silah anbarlarına hücum nəticəsində baş verdiyi iddialarını təkzib edib. İsrail də Beyrutdakı partlayışla heç bir əlaqələrinin olmadığını bildirib.

Son xəbərlər