Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasının gözlənildiyindən daha uzun sürəcəyini söyləyib.
Baki-xeber.com xəbər verir ki, ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Hubei əyalətinin Uhan şəhərində ortaya çıxan və qısa müddətdə dünyaya yayılan yeni növ koronavirus (COVİD-19) epidemiyası nəticəsində dünyada 684 mindən çox insan vəfat edib, 17 milyon 824 mindən çox insan virusa yoluxub. Pandemiya elan edilən koronavirusa qarşı vaksinlər və dərmanlar hazırlamaq səyləri davam edərkən, Ümumdünya Səhiyyə Təşkilatından narahatedici bir açıqlama gəlib.
ÜST Baş direktoru Tedros Adhanom Qebreyesus, qurumun Cenevrədəki qərargahında keçidiyi mətbuat konfransında "Çarəsini tapa bilmədik. Koronavirus pandemiyasının çox uzun çəkəcəyini gözləyirik" deyib.