Şərqi Aralıq dənizində Türkiyə ilə üz-üzə qalan Cənubi Kipr lideri Putindən yardım istədi – “Putin söz verdi”

Cənubi Kipr lideri Nikos Anastasiadis Rusiya prezidenti Vladimir Putindən Türkiyənin Şərqi Aralıq dənizində irəliləyişinin dayandırılması üçün yardım istəyib. Baki-xeber.com xəbər verir ki, bu barədə Cənubi Kipr hökuməti məlumat yayıb.
Anastasiadislə Putin arasında telefon danışığının olduğunu açıqlayan yunan hökumətinin sözçüsü Kiriakos Kusios, Rusiyanın Türkiyə məsələsində hərəkətə keçəcəyini söyləyib.
Qeyd edilir ki, yunan lider Putindən Barbaros Hayreddin Paşa seysmik tədqiqat gəmisinin də bölgədəki fəaliyyətinin qarşısını almaq üçün müdaxilə etməsini istəyib.
Putinin, Şərqi Aralıq dənizindəki böhranın yatırılması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə aparacağını deyən Kusios "Putin bu mövzuda söz verdi. Mövqeyimizi Prezident Ərdoğana çatdıracağını söylədi" deyib.
Yunan Kiprinin hökumət sözçüsü, Putinin Şərqi Aralıq dənizində gərginliyi böyük narahatlıqla izlədiyini bildirib.