Amerika Birləşmiş Ştatlarında toksik maddələrlə dolu sisternləri daşıyan qatar körpüdən aşıb.
Baki-xeber.com-un xəbərinə görə, hadisə ABŞ-ın Arizona ştatında yaşanıb. Belə ki, Tempa çayının üzərindən keçərkən relsdən çıxan qatar körpüdən aşıb, ardınca isə yanğın başlayıb.
Xəbərə görə, 10-a yaxın vaqon tam şəkildə yanıb, 3 toksik maddə ilə dolu sistern isə ətrafa dağılıb. Lakin hadisə səhər saatlarında baş verdiyindən, insan tələfatından qaçmaq mümkün olub.