12/08/2020 22:34
728 x 90

Rusiyada bir gündə yüzdən çox adam koronavirusdan öldü

img

Bir sutka ərzində Rusiyada 5509 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 129 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 834499-a çatıb. Rusiyada pandemiya yayılandan 13802 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9322 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 629655-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər region və ölkəsində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 17 milyonu keçib, 667 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər