14/08/2020 20:35
728 x 90

Rusiyanın 200-dən çox muzdlu döyüşçüsü Belarusa girdi… Minsk “Vaqner”in 33 döyüşçüsünün ələ keçirildiyini açıqladı

img

Moskvanın müttəfiqi olan Şərqi Avropa ölkəsi Belarusda xüsusi xidmət orqanları Rusiyanın özəl hərbi şirkəti Vaqner Qrupuna bağlı 33 muzdlu döyüşçünü həbs edib.

Baki-xeber.com xəbər verir ki, BELTA xəbər agentliyi təhlükəsizlik qüvvələrinə istinadən, 9 avqustda keçiriləcək prezident seçkiləri ərəfəsində Belarusda sabitliyi pozmaq üçün 200-dən çox muzdlu döyüşçünün ölkəyə daxil olduğuna dair kəşfiyyat məlumatı əldə edildiyini bildirib.

Ölkəyə daxil olan rusların hər birinin əlində kiçik əl çantası və bir neçə nəfərin qaldıra biləcəyi üç böyük ağır çamadan gətirdiyi bildirilən xəbərdə deyilir ki, 24 iyuldan 25 iyula keçən gecə Minsk bölgəsində bir oteldə məskunlaşan bu qrup 27 iyulda yenə də Minsk bölgəsində bir sanatoriyaya köçüb. Sanatoriya rəhbərliyi bildirib ki, ziyarətçilər rus turistlərlə müqayisədə "qeyri-adi davranışları" və vahid hərbi geyimləri ilə diqqət çəkib.

Qeyd edilir ki, dünən gecə yarısı Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DGK) “A qrupu” xüsusi dəstəsi Daxili İşlər Nazirliyinin dəstəyi ilə əməliyyat keçirib və 32 rus muzdlusunu Minsk yaxınlığında ələ keçirib.

Ölkənin cənub bölgəsində də eyni vaxtda başqa bir muzdlu döyüşçünün tutulduğu bildirilən xəbərdə saxlanan 33 nəfərin kimlikləri də açıqlanıb.

Qeyd edək ki, bundan əvvəl Belarus lideri Aleksandr Lukaşenko bəyan edib ki, ölkədə inqilab olmayacaq, çünki ölkədə "inqilabçılar" yoxdur. O, eyni zamanda vurğulayıb ki, rəhbərlik respublikada maydanların olmaması üçün hər şeyi edəcək. Çünki belə ssenari yalnız dövlətin dağılmasına gətirir.

Vaqner Qrupu, yaxud Vaqner özəl hərbi şirkəti Rusiyada Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojinlə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir.

Son xəbərlər