12/08/2020 22:52
728 x 90

Keçmişdən bu günə milli mübarizəmiz Kipr...

img

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi rəsmi “Twitter” hesabında Kipr məsələsi ilə bağlı paylaşım edib.

Baki-xeber.com-un xəbərinə görə, Kiprdəki türk icmasını görməzdən gələn və bütün adada söz sahibi olmaq istəyən zehniyyətə qarşı  qarant-dövlət olaraq Türkiyənin səssiz qalmasının və bunu qəbul etməsinin mümkün olmadığı qeyd edilən paylaşımda deyilir:  

“Birləşmiş Millətlər Təşkilatının himayəsi altında 1968-ci ildən bəri aparılan danışıqlar prosesinin son mərhələsi olan Kipr Konfransı 2017-ci ilin iyul ayında İsveçrənin Kran Montana qəsəbəsində heç bir nəticə əldə edilmədən başa çatıb.

Yunan Kipri Şimali Kipr türk xalqının siyasi bərabərliyini tanımır, idarəetməni və rifahı Kipr türkləri ilə bölüşməkdən imtina edir. Bu, adadakı problemin həll olunmamasının əsas səbəbidir.
Türkiyə və Kipr türkləri müxtəlif platformalarda xoş niyyətli cəhdlər nümayiş etdirsələr də, bu günə qədər Yunan Kipri tərəfindən buna heç bir qarşılıq verilməyib.

2004-cü ildə bütün beynəlxalq ictimaiyyətin dəstəklədiyi Annan planı danışıqları Türkiyə və Kipr türklərinin təşəbbüsü ilə başlayıb.

Yunan tərəfinin əleyhinə səs verməsi ilə etibarsız sayılan Annan planı Şimali Kipr Türk Respublikasının (ŞKTR) məsələnin həllinin tərəfdarı olduğunun ən böyük göstəricisidir.

Türkiyə üçün əsas məsələ Kipr türklərinin siyasi bərabərliyi və qərar qəbuletmə mexanizmlərində daha fəal iştirak etməsi, həmçinin Kiprin türk icmasının rifah və təhlükəsizliyinə zəmanət verən və onların təhlükəsizliklə bağlı narahatlıqlarına cavab verən həll yolunun tapılmasıdır.

Kiprdəki türk icmasını görməzdən gələn və bütün adada söz sahibi olmaq istəyən zehniyyətə qarşı qarant-dövlət olaraq Türkiyənin səssiz qalması və bunu qəbul etməsi mümkün deyil.

Türkiyə Kipr türklərinə tətbiq edilən ədalətsiz məhdudiyyətlərə diqqət çəkir və ŞKTR rəsmi qurumlarının məhdudiyyətlərin ləğvi ilə bağlı səylərini dəstəkləyir.

Türkiyə Kipr türklərinin qanuni haqlarının və mənafelərinin tapdalanmasına heç vaxt imkan verməyəcək.
Türkiyənin Kipr türklərinin hüquqlarının, mənafelərinin və gələcəyinin qorunması məqsədilə ŞKTC-ə dəstəyi və adadakı varlığı davam edəcək”.

Baki-xeber.com

Son xəbərlər