14/08/2020 20:42
728 x 90

“Türkiyə nə üçün İraqdadır?” – Prezident Administrasiyasından bu suala aydınlıq gətirən video...

img

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi “Twitter” hesabında “Türkiyə nə üçün İraqdadır?” başlıqlı məlumatlandırıcı video paylaşılıb. 

Baki-xeber.com xəbər verir ki, Türkiyənin son dövrdə bölgədə terrora qarşı davamlı mübarizə strategiyası çərçivəsində İraqdakı PKK ünsürlərinə qarşı son illərin ən geniş əməliyyatları olan “Pəncə-Qartal” və Pəncə-Qaplan” əməliyyatlarını həyata keçirdiyi qeyd edilən videoda bu əməliyyatların PKK terror təşkilatının Suriya və İraq ərazisindən sızma cəhdlərinin artması və bölgədə qeyri sabitliyin qarşısının alınması üçün icra edildiyi, yəni məqsədin Türkiyə-İraq sərhədi boyunca terror dəhlizinin yaradılmasının qarşısının alınması olduğu vurğulanıb.

Türkiyə, “Fırat Qalxanı” və Zeytun Budağı” əməliyyatları ilə Suriyada terror dəhlizi yaradılması cəhdinin qarşısını aldığı kimi, İraq ərazisində də bu cəhdin qarşısının alınması strategiyası çərçivəsində bu əməliyyatları icra edir. Paylaşımda,Türkiyənin son zamanda xüsusilə başda İŞİD terror təşkilatı olmaqla İraq və Suriyada həyata keçirilən terrorla mübarizəyə verdiyi dəstək kimi, bölgədə sabitsizliyin qarşısını almaq, milli təhlükəsizliyə qarşı terror hücumlarının qarşısını almaq və qaçqın axınının qarşısını alınması tədbirlərini davam etdirdiyi ifadə edilir. 

Həmin videonu təqdim edirik:

Son xəbərlər