İrəvanın "bit bazarında" etiraz...

İrəvanda adına “bit bazarı” deyilən köhnə əşyaların satıldığı bazarda satıcılar etiraz aksiyası keçirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli “Armİnfo” saytı məlumat yayıb. Xəbərə görə, bazarın fəaliyyətinə qadağa qoyulduğundan, polis satıcıları İrəvandakı Respublika stadionunun yaxınlığında yerləşən bazardan qovub. Satıcılar isə aksiya keçirərək, hakimiyyətdən pandemiya başa çatanadək stadionun ətrafında qalmaq və əşyaları satmaq üçün yer ayrılmasını tələb ediblər.
Xəbərdə satıcılardan birinin tutularaq polis şöbəsinə aparıldığı bildirilir.