Bazar ertəsi günü, 09 noyabr 2026
     

Hulusi Akar:“Liviya liviyalılarındır” - VİDEO

Image


“Türkiyə və Liviya xalqının 500 illik ortaq keçmişi, dəyərləri və tarixi var. Liviya liviyalılarındır. Bu çətin günlərində onların yanında olmağa davam edəcəyik”.

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar BBC News-a müsahibəsində deyib.

Türkiyənin beynəlxalq hüquq çərçivəsində Liviya ilə bağlanmış müqavilələrə uyğun olaraq fəaliyyətlərini davam etdirəcəyini söyləyən Hulusi Akar “Biz burada həm beynəlxalq hüquq normalarına, həm dəniz hüququna, həm də Liviya ilə ikitərəfli müqaviləyə uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Həm ikitərəfli müqavilələr, həm də beynəlxalq hüquq çərçivəsində BMT tərəfindən tanınan, Sərracın təmsil etdiyi hökumətlə münasibətlərimizi davam etdiririk. Bu mənada münasibətlərimizi bu günə qədər əldə etdiyimiz razılaşmalar çərçivəsində inkişaf etdiririk”, - deyib.

Liviya sahillərində bir fransız gəmisinin türk donanması tərəfindən təcavüz edildiyi iddiasıyla əlaqədar danışan Akar "Bu iddiaları heç bir halda qəbul edə bilmərik, əlimizdəki bütün məlumatları və sənədləri NATO-dakı bütün qurumlarla, hərbi və mülki orqanlarla paylaşdıq. Bütün məlumatları da verdik. Əlavə məlumatlar verməyə də hazırıq. Əlimizdəki məlumatlar və görüntülər Fransanın iddialarının doğru olmadığını ortaya qoyur. Fransanın belə bir yola baş vurması dostluğa, müttəfiqliyə uyğun deyil. Ancaq bildiyiniz kimi, Fransa Haftarı dəstəkləyir. Daha sonra Haftarın vəhşi tərəfi üzə çıxdıqdan, xüsusilə Tarhunadakı kütləvi məzarlıqlar, qadınların və uşaqların necə öldürüldükləri ortaya çıxdıqdan sonra Haftarla münasibətlərini qorumaq üçün əsasları qalmadı. Həmçinin Haftar tərəfdarları tərəfindən kustar üsulla hazırlanan, bölgədəki bütün mülki əhalini hədəf alan partlayıcılarla, minalarla ərazini çirkləndirmiş olmaları da onların bəşəriyyətə qarşı cinayət etdiklərini ortaya qoyur. Fransa etdiyi siyasi səhvləri kompensasiya etmək üçün müxtəlif bəhanələrlə Türkiyəni günahlandırır.

Türkiyənin hər hansı bir şəkildə bunu qəbul etməsi mümkün deyil. Bunlar yaxın günlərdə NATO tərəfindən araşdırılmaqla bütün həqiqətlər aşkar ediləcəkdir. Bizim oradakı gəmimizin tamamilə NATO prosedurları çərçivəsində hərəkət etdiyini, beynəlxalq dəniz qanunlarına əməl etdiyini və bu məsələdə səhvimiz olmadığını açıq şəkildə göstərəcəyik. Bizim fransız gəmisinə təcavüz etməməklə birlikdə, əvvəl yunan gəmisi ilə bir dialoqumuz oldu və heç bir problem yaşanmadı. Və yenə İtaliya gəmisi ilə qarşılıqlı xəbərləşməmiz oldu. Fransız gəmisi eyni şəkildə gələndə suallarına uyğun məntiqli cavablar verilməsinə baxmayaraq, fransız gəmisi bizim üç dəniz gəmimizdən ibarət karvana 20 dəniz mili sürətlə araya girərək çox təhlükəli bir manevr etdi",  deyə bildirib.

Türkiyənin NATO-dakı öhdəliklərini yaxşı bildiyini və əksiksiz yerinə yetirdiyini bildirən H.Akar Türkiyənin BMT tərəfindən tanınan Liviya hökuməti ilə əlaqələrini davam etdirdiyini, bunun qanuni fəaliyyət olduğunu, hər şeyin açıq bir şəkildə həyata keçirildiyini və beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb.

O, Fransanın daxili siyasəti üçün Liviyadan istifadə etməməsinin ittifaqın maraqları baxımından əhəmiyyətli olduğunu söyləyib.

Akarın Türkiyənin Liviyadakı gələcəyi ilə əlaqədar suala cavabı belə olub: “İki xalqın 500 illik ortaq keçmişi, dəyərləri və tarixi var. Bu çətin günlərində onların yanında olmağa davam edəcəyik. Bunu hamı bilməlidir. Bu mənada hərbi təhsil, əməkdaşlıq və məsləhət xidmətlərində liviyalı qardaşlarımızın ehtiyaclarını mümkün qədər təmin etmək və bu çətin günlərində onlara kömək etmək üçün əlimizdən gələni etdik. Bundan sonra da etməyə davam edəcəyik. Tələb və ehtiyaclara uyğun olaraq da burada varlığımızın davam edib etməyəcəyini qiymətləndirəcəyik.”

“Türk Silahlı Qüvvələri Liviya, Suriya və İraqın şimalında aktivdir və bu, bölgədə bəzilərini narahat edir və Türkiyəni hərbi avantürizm və başqa ölkəyə qarışmaqla günahlandırırlar. Türkiyənin məqsədi nədir?” sualına Akar, “Burada bütün məsələ, xüsusən 83 milyonluq Türkiyənin maraq və hüquqlarını qorumaq, təhlükəsizliyimizi təmin etmək, sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Bütün əməliyyatlarımızın hədəfi budur. Digər tərəfdən də bacardığımız qədər dost və qardaş ölkələrin ehtiyaclarına kömək etməkdir. Təbii olaraq bunlar tamamilə qanuni bir çərçivədə, müqavilələrə və qarşılıqlı razılaşmalara əsasən aparılır. Etdiklərimizin hamısı beynəlxalq hüquqa uyğun olaraq edilir. Bəzi həqiqətlərə göz yummaq istəyənlər bunları şişirdərək təhrif etmək istəyirlər. Bunlara diqqət yetirmək lazımdır. Bizim buradakı ən vacib çıxış nöqtəmiz, hazırda Liviyada mövcud haqq iddia edənlər arasında Sarracın təmsil etdiyi Milli Razılıq Hökumətinin BMT tərəfindən tanınmasıdır. Biz də BMT tərəfindən tanınan bu hökümət ilə əməkdaşlıq edirik. Çox təbii, çox açıq, çox şəffaf”, - deyə cavab verib.

Akar, “Türkiyə təkcə Yaxın Şərqdə deyil, şərqi Aralıq dənizində də nə kimi rol oynamaq istəyir?” sualını belə cavablayıb: “Biz  əvvəldən beri öz fəaliyyətimizi son derece real, təhlükəsizlik və müdafiə siyasətimizi həyata keçirərək planlaşdırırıq və idarə edirik. Bu mənada bir müddət əvvəl dediyim kimi biz İraqın şimalında, Suriyanın şimalında Türkiyəyə olan təhdid ve təhlükələri ortadan qaldırmaq, sərhədlərimizi və xalqmızı qorumaq üçün bəzi əməliyyatlar etmək məcburiyyətində qaldıq. Digər tərəfdən, Liviyada olduğu kimi, dost və qardaş ölkələrimizin ehtiyaclarını ödəməyə çalışırıq.”

H.Akar jurnalistin “Türkiyənin bölgədə artan hərbi varlığının bəzilərini,  bəzi qonşularının narahat etdiyini və NATO daxilində belə gərginlik yaratdığını qəbul edirsinizmi?” sualına cavab olaraq “Yəni burada "NATO" deyərkən diqqətli olmaq lazımdır. NATO-dakı 68 illik üzvlüyümüzü son dərəcə məlumatlı və şüurlu bir şəkildə davam etdiririk. NATO-nun bütün əməliyyatlarında, bütün təlimlərində iştirak etmişik və edirik. Məlumatlarımız və təcrübəmizlə NATO-nun daha da irəliləməsi üçün əlimizdən gələni edirik. Beləliklə, bizim ümumiyyətlə NATO ilə heç bir problemimiz yoxdur. Olan problemlərimiz də qanuni əsaslarla NATO daxilindəki qurum və təşkilatlar içərisində lazımi həll yollarını tapırıq. Fəaliyyətimizi NATO-nun həm mülki, həm də hərbi rəhbərliyi ilə sıx əməkdaşlıq şəraitində davam etdiririk. Bu səbəblə NATO-nun bizim bu etdiklərimizə görə hər hansı bir narahatlıq keçirməsindən söz gedə bilməz. Ancaq bəzi ölkələr bizim fərdi olaraq, öz maraqlarına zidd olaraq hesab etdikləri davranışlarımızı və hərəkətlərimizi bir şəkildə uydurmaq üçün NATO-dan bir vasitə kimi istifadə edirlər. Buna diqqət etmək lazımdır”, - deyib.

Türkiyənin Liviyada daimi qalmaq fikrində olub olmadığı fikri ilə bağlı isə bunları deyib: “Belə bir şey söyləmək düzgün olmaz. Biz buradakı varlığımızı BMT tərəfindən tanınan qanuni Liviya hökuməti ilə ikitərəfli müqavilələrimiz çərçivəsində ve beynəlxalq hüquqa uyğun olaraq davam etdiririk  və bundan sonra da davam etdirəcəyik. Buradakı mövcudluğumuzla liviyalı qardaşlarımızın hərbi hazırlığna və əməkdaşlığa töhfə verməyə çalışırıq.

Yəni biz buradakı varlığımızı mümkün qədər liviyalı qardaşlarımızı dəstəkləyici formada davam etdirəcəyik. Məqsədimiz Haftar və bənzər vəhşi varlıqlara, onları dəstəkləyən bəzi qruplara qarşı buradakı günahsız və bu yerin həqiqi sahibi olan liviyalılara hüquqlarını və haqlarını qorumaları üçün kömək etməkdir. Biz bunu gələcək dövrdə davam etdirəcəyik. Burada ən qısa müddətdə sülhün və əmin-amanlığın təmin olunmasına töhfə verməyə çalışırıq. Atəşkəsin və sabitliyin təmin olunmasına çalışırıq. Liviyanın da digər ölkələr kimi ən qısa müddətdə öz ölkələrini birlik və bütövlük içərisində idarə etmələri üçün əlimizdən gələni edirik. Liviya liviyalılarındır”.

H.Akar “Türkiyənin NATO-nun ən güclü ordusundan birinə sahibdir. Ancaq Türkiyə getdikcə artan bir şəkildə öz yolu ilə getməyə hazır görünür. Bunun daha çox olacağını gözləməliyikmi? Başqa yerlərdə başqa hərbi əməliyyatlar keçirməyi planlaşdırırsınızmı?” sualına cavab olaraq bunları qeyd edib:

“Bizim xəyali planlarımız yoxdur. Əvvəldən də söylədiyim kimi, bizim məqsədimiz öz təhlükəsizliyimiz, öz müdafiəmiz, sərhədlərimizin təhlükəsizliyi, 83 milyon xalqımızın təhlükəsizliyidir. Öz hüquqlarımıza və maraqlarımıza uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Yunanıstanla münasibətlərimiz var. Bu münasibətlərin heç bir şəkildə qəlb qırıcı olmasını istəmirik. Yaxşı idarə olunan münasibətlər, beynəlxalq qanunlar çərçivəsində, qarşılıqlı danışıqlar, dialoq yolu ilə, dinc yollarla və üsullarla problemlərin həll yollarını axtarırıq. Buna Yunanıstan da daxildir. Heç kim buna şübhə etməməlidir. Təəssüf ki, Yunanıstandan gələn bəzi bəyanatlar qəlb qırıcı və təxribat xarakterlidir. Buna görə də biz davamlı olaraq çıxışlarımızda konstruktiv bəyanatların tərəfdarı olduğumuzu söyləyirik. İstifadə olunan dil vacib olmalıdır. Dil nifrət dili olmamalıdır, ayrıseçkilik dili olmamalıdır. Qonşuluğa uyğun bir dilin istifadəsinin çox vacib olduğunu vurğulamaq istəyirəm. Məsələn, Türkiyənin təxribatçı olduğu deyilir. Həqiqətən neytral bir gözlə baxdığımızda bunun belə olmadığını, həqiqət olmadığını aydın görürük. Burada iki ölkə arasındakı ən vacib müəyyən edici siyasi mətn, hamınızın bildiyiniz kimi Lozanna müqaviləsidir. Müqavilədə  23 ada sayılır və onların silahlandırılmayacağı qeyd edilir. Halbuki onlardan 16-sı qonşumuz tərəfindən silahlandırılıb. Biz buna nə deyə bilərik, necə izah edə bilərik? Bu gün dünyada 6 min su və 10 min hava sahəsi olan hər hansı bir ölkə tanıyırsınızmı? İndi bu qəribə vəziyyət ətrafında görülən işlər təcavüz və təhdid kimi qəbul edilir. Bunlar doğru deyil. Ancaq bizim həqiqətən nittətimiz Yunanıstan ilə Türkiyə arasında daha əvvəl başlatdığımız danışıqları davam etdirməkdir.

Digər tərəfdən həm dil, həm də edilən hərəkətlərdə diqqətli olmaq lazımdır. Yenə də bildiyiniz kimi, suverenliyi müzakirə edilən adalar var, bəzi qayalar var. Bu məsələlərdə də diqqət li olmaq lazımdır. Yunanlı qonşularımız çox şişirdilmiş, təntənəli şouya çevrilən ən yüksək səviyyədə ziyarət edirlər. Bunların necə olduğunu, nə vəziyyətə gətirib çıxardığını bizdən soruşmayın. Yunanıstandakı bəzi siyasətçilər, məntiqlə davranan siyasətçilər, bəzi alimlər, bəzi təqaüdçü əsgərlər çox yaxşı təhlil edirlər. Yunanlı dostlarımıza vətəndaşlarına qulaq asmağı məsləhət görürəm.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ