09/08/2020 13:01
728 x 90

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından rəsmən ayrıldı

img

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən ayrılıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu Nyu Cersidən senator və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Bob Menendez deyib.

Onun sözlərinə görə, Donald Tramp administrasiyası ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından rəsmən çıxdığına dair Konqresi məlumatlandırıb: "Pandemiyanın ortasında Konqres Prezident Donald Trampdan ABŞ-ın ÜST-dən rəsmən ayrıldığına dair bilgi alıb”.

Digər tərəfdən, Amerika mətbuatına danışan və adı açıqlanmayan bir Ağ Ev rəsmisi isə rəsmi çəkilmənin bazar ertəsindən etibarən qüvvəyə minəcəyini və rəsmi bildirişin Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterresə göndərildiyini deyib.

Qeyd edək ki, Tramp aprelin 14-də ÜST-ni COVİD-19 epidemiyası ilə mübarizə aparmamaqda və Çinə yaxın olmaqda günahlandıraraq, təşkilata maliyyə dəstəyini dayandırdıqlarını elan edib.

Mayın 18-də ÜST-nin baş direktoruna məktub göndərən Tramp, əhəmiyyətli islahatlar aparmasa ABŞ-ın bu təşkilata verdiyi vəsaitin 30 gün sonra "dondurulacağını" bildirmişdi. Ancaq Tramp, verdiyi vaxt başa çatmadan mayın 29-da "Bu gün Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətlərimizə son qoyuruq" açıqlamasını verib.

Son xəbərlər