08/08/2020 13:20
728 x 90

Rusiyanın strateji obyektində NATO casusu… Roqozinin müşaviri dövlətə xəyanətdə ittiham edilir

img

Rusiyanın Kosmik agentliyi – "Roskosmos"un rəhbəri Dmitri Roqozinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov NATO-ya işləməkdə şübhəli bilinir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Federal Xidmətinin yaydığı məlumatda bildirilir.

"NATO-nun xüsusi xidmətlərinin birinin tapşırıqlarını yerinə yetirən Safronov Rusiya Federasiyasının müdafiə və təhlükəsizliyi, o cümlədən, hərbi-texniki əməkdaşlığa dair dövlət sirri əhəmiyyətinə malik məlumatları toplayıb, ötürüb", - deyə məlumatda bildirilir.

Faktla bağlı "Dövlətə xəyanət" maddəsi ilə cinayət işi başladılıb. Safronov 20 il müddətinə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, İvan Safronov 2010-2019-cu illərdə "Kommersant" nəşrinin müxbiri, daha sonra isə "Vedomosti" nəşrinin hərbi və kosmik sahədə ixtisaslaşmış xüsusi müxbiri olub. Bu ilin may ayının sonunda isə o, Dmitri Roqozinin müşaviri postuna təyin olunub.

Son xəbərlər