Məşhur rus mütəxəssisdən Rusiyada iki həftə sonra koronavirusda ikinci dalğa xəbərdarlığı…

Beş il əvvəl koronavirusun (COVİD-19) yayılacağını proqnozlaşdıran məşhur rus virusoloq Mixail Şelkanov Rusiyada iki həftə sonra epidemiyanın ikinci dalğasının başlaya biləcəyilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com xəbər verir ki, ura.ru saytına açıqlama verən Şelkanov, Avropada epidemiyanın dalğalanmasının Rusiyada iki həftə sonra hiss olunacağını söyləyib.
"Ölkənin Avropa bölgələrində, xüsusən də Moskva, Sankt-Peterburq, Nijni Novqorod kimi böyük şəhərlərində yoluxma sayında artım ola bilər" - rus virusoloq deyib.
"Sərhədlər tamamilə bağlansaydı, epidemiyanın ikinci dalğasının qarşısını almaq olardı" deyən məşhur mütəxəssis, ancaq xaricdə yaşayan Rusiya vətəndaşlarından dolayı bunun mümkün olmadığını söyləyib.
Şelkanov, koronavirusun mutasiyaya uğrayaraq daha az təhlükəli olmasının yaxın 1-2 il ərzində mümkün olmadığını, ancaq 10-20 il sonra insan orqanizminin virusa uyğunlaşa biləcəyini deyib.