10/07/2020 23:04
728 x 90

Ermənistanda yoluxma sayında yeni rekord, ölənlərin sayı isə 400-ə çatır

img

Ermənistanda koronavirusa yoluxanların sayı 22488-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 771 nəfər artıb.

Ermənistanda son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 397-ə çatıb. Xəstəlikdən sağalanların sayı 11 335 olub. Hazırda bu ölkədə olan 10625 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 3 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 917-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,4 milyonu keçib, 482 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər